• $
  • £

“Azercell Könüllüləri” Qurban bayramı münasibətilə xeyriyyə aksiyası keçiriblər

“Azercell Könüllüləri” Qurban bayramı münasibətilə xeyriyyə aksiyası keçiriblər
11.07.2023 16:02
"Azercell Könüllüləri” tərəfindən Qurban bayramı münasibətilə "Nəsilləri birləşdirən könüllər” aksiyası təşkil olunub. Bu təşəbbüs Sosial Xidmətlər Agentliyinin Ahıl Şəxslər üçün Sosial Xidmət müəssisəsinin sakinlərini və "Təmiz Dünya” Qadınlara yardım İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Qadın və Uşaq sığınacağında məskunlaşmış uşaqları əhatə edib.  

Aksiyanın əsas məqsədi yaşlı və gənc nəsli bir araya gətirmək, ahıl şəxslərin tövsiyə və həyat təcrübələrini uşaqlara ötürmək, hər iki nəslin nümayəndələrinə xoş əhval-ruhiyyə bağışlamaq olub. Bilgəh qəsəbəsində yerləşən Ahıl Şəxslər üçün Sosial Xidmət müəssisəsində baş tutan tədbirdə 300-ə yaxın insan iştirak edib. "Azercell Könüllüləri” ahıllar və uşaqlar üçün birgə əyləncə proqramı təşkil edib, iştirakçılara hədiyyələr veriblər.

Qeyd edək ki, "Azercell Könüllüləri” təşkilatı 2004-cü ildən etibarən fəaliyyət göstərir və həssas qrupa aid şəxslərə dəstək olur. Sosial məsuliyyət öhdəliklərinə və xeyriyyə ənənələrinə sadiq olan Azercell şirkətinin əməkdaşları bu istiqamətdə fəaliyyətini davam etdirir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Birbank Invest-lə PAŞA Bank səhmdarı ol
İqtisadiyyat 14:48
Birbank Invest-lə PAŞA Bank səhmdarı ol

Orta illik inflyasiya martda dəyişməyib
İqtisadiyyat 14:15
Orta illik inflyasiya martda dəyişməyib

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi artıb
İqtisadiyyat 14:10
Azərbaycanın pərakəndə ticarət dövriyyəsi artıb

Azərbaycanın xarici dövlət borcu 8%-ə yaxın azalıb
İqtisadiyyat 14:02
Azərbaycanın xarici dövlət borcu 8%-ə yaxın azalıb
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazları ilə istənilən yerdə onlayn ol!
İqtisadiyyat 13:30
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazları ilə istənilən yerdə onlayn ol!
Hesablama Palatası rəqəmsal audit sisteminə keçir
İqtisadiyyat 12:56
Hesablama Palatası rəqəmsal audit sisteminə keçir
Büdcə qanunvericiliyinin pozulması halları artıb - deputat
İqtisadiyyat 12:32
Büdcə qanunvericiliyinin pozulması halları artıb - deputat
Büdcədə 299,1 milyon manat uçot uyğunsuzluğu aşkar olunub - sədr
İqtisadiyyat 11:57
Büdcədə 299,1 milyon manat uçot uyğunsuzluğu aşkar olunub - sədr
Ötən il tender keçirilmədən bağlanan müqavilələrin sayı 9%-ə çatıb
İqtisadiyyat 11:40
Ötən il tender keçirilmədən bağlanan müqavilələrin sayı 9%-ə çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol