• $
  • £

Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin müşavirəsi başlayıb

Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin müşavirəsi başlayıb
11.07.2023 18:29
11 iyul tarixində Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının rəhbərlərinin VIII müşavirəsi öz işinə başlayıb.

XİN-dən  verilən xəbərə görə, ADA Universitetində təşkil edilmiş açılış tədbirində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin rəhbər heyəti və əməkdaşları, ölkəmizin xaricdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin rəhbərləri iştirak edib.

Müşavirədə açılış nitqi ilə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış ediblər.

Çıxışlarda, Azərbaycan Ermənistan normallaşma prosesi və sülh gündəliyi, müasir dövrün çağırışları fonunda ölkəmizin xarici siyasət prioritetləri, mövcud çağırışların qarşısının alınması istiqamətində atılan mühüm addımlar və əldə edilmiş nailiyyətlər, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində rolu, çoxtərəfli platformalarda iştirakımız, müxtəlif istiqamətlər üzrə əməkdaşlıq perspektivləri barədə strateji istiqamətlər müəyyən edilib və müvafiq təlimatlar verilib.

Müşavirə regionlar üzrə paralel panel müzakirələri, habelə enerji və iqtisadi diplomatiya, maliyyə, kadrlar, konsulluq, hüquq, beynəlxalq hüquq, təşkilat-nəzarət və xidmətlərin təşkili məsələlərinə dair sessiyalarla davam etdirilib.

12 iyul tarixində isə müşavirənin mədəniyyət diplomatiyası, beynəlxalq inkişafa yardım və diaspora məsələləri, çoxtərəfli diplomatiya və hərbi-siyasi təhlükəsizlik məsələləri, parlament əlaqələri, ictimai diplomatiya və media məsələlərinə dair sessiyalarla davam etdirilməsi nəzərdə tutulub.

13 iyul tarixində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin rəhbər heyəti və əməkdaşları, ölkəmizin xaricdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin rəhbərlərinin iştirakı ilə Ağdam şəhərinə səfəri və "Ağdamın dirçəlişi” adlı tədbirin təşkili planlaşdırılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Siyasət 21:23
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol