Qarabağ və Şərqi Zəngəzurun bərpasına 12 mlrd manat ayrılacaq - İlham Əliyev

2023-cü ildə Qarabağın və Şərqi Zəngəzurun bərpasına çəkilən xərclər təxminən 12 milyard manat təşkil edəcək. Bunu Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bildirib.
"Biz hər şeyi planlaşdırıldığı kimi edirik, orada ən yüksək standartlar tətbiq olunur və tətbiq edilməlidir. Ümumilikdə, nəzərdə tutulan investisiya proqramına əsasən, bu ilin sonuna kimi biz Qarabağ və Şərqi Zəngəzura 12 milyard manata yaxın vəsaitin ayrılmasını təmin edəcəyik”, - Əliyev çərşənbə axşamı ölkənin ilin birinci yarısında sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş müşavirədə bildirib.
Dövlət başçısı vurğulayıb ki, bütün işlərin icrası Azərbaycanın hesabına həyata keçirilir.
"İki məktəb istisna olmaqla, bütün digər infrastruktur və tikinti işləri Azərbaycan büdcəsi və Azərbaycanın dövlət şirkətləri hesabına həyata keçirilir. Eyni zamanda, ondan çox məscid Heydər Əliyev Fondu tərəfindən yenidən tikilir və ya əsaslı şəkildə bərpa olunur”, -Əliyev qeyd edib.
N.Təbrizli
www.anews.az