• $
  • £

Əliyev Türkiyə Böyük Millət Məclisinin sədrini qəbul edib

Əliyev Türkiyə Böyük Millət Məclisinin sədrini qəbul edib
12.07.2023 14:27
İyulun 12-də Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu qəbul edib. Bu barədə prezidentin rəsmi saytı məlumat yayıb. 

Numan Kurtulmuş TürkiyəPrezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb.


Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib.


Dövlət başçısı Türkiyədə keçirilmiş prezident və parlament seçkilərində qələbə münasibətilə bir daha təbriklərini çatdırıb.


Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən parlamentlərarası sahədə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb. Numan Kurtulmuşun səfərinin əlaqələrimizin inkişafına töhfə verəcəyi qeyd olunub.


Söhbət zamanı Türk Dövlətləri Təşkilatının daha da gücləndirilməsinin, bu təşkilat və TÜRKPA formatında əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Siyasət 21:23
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol