• $
  • £

Azərbaycan və Ermənistan arasında atəşkəs niyə tez-tez pozulur? - AÇIQLAMA

Azərbaycan və Ermənistan arasında atəşkəs niyə tez-tez pozulur? - AÇIQLAMA
12.07.2023 17:40
İyulun 11-i Bakı vaxtı ilə saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini atıcı silahlardan atəşə tutub. Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Abdullayev Hüseyn Arif oğlu yaralanıb. Yaralı hərbi qulluqçunun dərhal hərbi tibb müəssisəsinə təxliyə edildiyi, həyatı üçün təhlükə olmadığı bildirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Son günlər Ermənistan silahlı qüvvələri tərəfindən xüsusilə Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə atəşkəs mütəmadi olaraq pozulur.

Siyasi ekspert Elçin Mirzəbəylinin sözlərinə görə, sülhməramlılarının nəzarət etdiyi ərazilərdə baş verən təxribatlar seperatçıların son çırpıntılarıdır, 
 
"Ermənistanın həmsərhəd bölgəsində Rusiya sülhməramlılarının müfəqqəti müşahidəsi altında olan Azərbaycan ərazilərində təxribatlara əl atmasının müxtəlif səbəbləri var. Bu, keçirilən görüşlər öncəsi prosesin pozulmasına xidmət edir. Burada rəsmi İrəvanın və yaxud digər sülh müqaviləsinin imzalanmasında maraqlı olmayan dövlətlərin əli ola bilər. Ermənistandakı revanşist qüvvələr, o cümlədən mövqelərini tamamilə itirmiş seperatçılarda danışıqlar prosesinin davam etdirilməsində maraqlı olmaya bilərlər. Azərbaycanın Laçın yolunun üzərində sərhəd keçid məntəqəsi ilə bağlı Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsindəki iddiaları rədd edildi. Amma bu iddialar rədd edilməmişdən əvvəl Ermənistanın törətdiyi təxribatlar bilavasitə Ermənistanın irəli sürdüyü ittihamların möhkəmləndirilməsinə xidmət edirdi. Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə baş verən təxribatlar seperatçıların son çırpıntılarıdır. Çünki, artıq seçim qalmayıb. Orada yaşayan əhali ya Azərbaycan cəmiyyətinə inteqrasiya olunmalıdırlar, ya da konkret olaraq həmin o insanları girov saxlayan seperatçılar çıxıb getməlidirlər. Əks halda onlara qarşı müvafiq hüquqi müstəvidə addımlar atılacaq”, - politoloq deyib.
 
Politoloq Cümşüd Nuriyev isə Ermənistan Prezidentinin sülhə hazır olduğunu və bu proseslərə müdaxilə edə bilmədiyini düşünür.
 
"Əslində Paşinyan Azərbaycanla sülh müqaviləsinin bağlanmasını istəyir,  Atəşkəsin pozulma hallarının başında Rusiya sülhməramlıları dayanır. Digər sərhəd ərazilərində atəşkəsin pozulması halları daha az olur.  Rusiya istəmirki Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalansın. Çünki, sülh sazişi imzalanan kimi avtomatik olaraq hər iki tərəf sazişdən çıxır və sülhməramlılar buranı tərk edir. Beynəlxalq hüquqa görə, Rusiya sülhməramlısının Azərbaycan ərazisində qalmasının heç bir hüquqi əsası yoxdur. Qarşıda prezidentlərin görüşü nəzərdə tutulur. Onlar bu məsələnin Brüssel müstəvisində həll olunmasını istəmirlər. Ona görə də atəşkəs ayın 21-nə qədər pozulacaq. Ondan sonra isə yenədə sakitçilik olacaq”, - vurğulayıb.
 
Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olacaq. Bunu iyulun 6-da hökumətin iclasında N.Paşinyan deyib.

O söyləyib ki, görüş Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçiriləcək.
 
İstimqamət:6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi”ndə
qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə
cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılması;
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.
Eltac Nurullazadə
 

 
 
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Siyasət 21:23
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol