Laçın və Kəlbəcərdəki Azərbaycan mövqeləri atəşə tutulub

Azərbaycan Ordusunun Laçın və Kəlbəcərdəki mövqeləri atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
İyulun 12-si saat 13:50-dən 17:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Qızılcıq və Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd və Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər