• $
  • £

Prezident İlham Əliyevlə Şarl Mişel arasında görüş başa çatıb - YENİLƏNİB 2

Prezident İlham Əliyevlə Şarl Mişel arasında görüş başa çatıb - YENİLƏNİB 2
14.07.2023 23:20

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə iyulun 14-də Belçika Krallığına işgüzar səfərə gəlib.

"Report" xəbər verir ki, Avropa İttifaqı Şurasının mənzil-qərargahında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel İlham Əliyevi qarşılayıb.

Birgə foto çəkdirilib.

Sonra Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşü başlayıb.

Prezident İlham Əliyev işgüzar səfərə dəvətə görə Şarl Mişelə minnətdarlığını bildirib.

Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində Şarl Mişelin göstərdiyi səylərə görə təşəkkürünü ifadə edən dövlət başçısı Brüssel formatının səmərəli olduğunu vurğulayıb.

Söhbət zamanı Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə sabah keçiriləcək üçtərəfli danışıqlar, həmçinin Ermənistan ilə Azərbaycan arasında sülh danışıqları ilə bağlı fikir mübadiləsi aparılıb.

 22:09

Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel arasında görüş başa çatıb.

"Report" xəbər verir ki, görüş 3 saat davam edib.

19:07

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə iyulun 14-də Belçika Krallığına işgüzar səfərə gəlib.

"Report" xəbər verir ki, dövlət başçısının Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşü başlayıb.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan vətəndaşlarının Yaxın Şərqdən təxliyəsi davam edir
Siyasət 21:23
Azərbaycan vətəndaşlarının Yaxın Şərqdən təxliyəsi davam edir
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol