• $
  • £

Üçtərəfli görüşdə müzakirə olunan əsas mövzular-Yenilənib

Üçtərəfli görüşdə müzakirə olunan əsas mövzular-Yenilənib
15.07.2023 19:42
Bu gün Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirdiyi üçtərəfli görüş başa çatıb.

Caliber.Az Brüssel görüşündə müzakirə edilən əsas məqamlar barədə bir sıra məlumatlar əldə edib.  

Məlumata görə, Brüsseldə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, eləcə də sülh müqaviləsinin hazırlanması və bağlanması üzrə danışıqlar prosesi, həmçinin sərhədin delimitasiyası, nəqliyyat kommunikasiyalarının və dəhlizlərinin blokdan çıxarılması məsələləri, xüsusilə, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında dəhliz məsələsi müzakirə edilib.

Ermənistanın qanunsuz silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması, Azərbaycan tərəfinin "Laçın” nəzarət-buraxılış məntəqəsində qaçaqmalçılıq cəhdləri müəyyən etməsi, Qarabağın erməni əhalisinin Azərbaycan Respublikasının suverenliyi altında və qanunları əsasında yaşaması məsələləri müzakirə edilən əsas mövzular olub. 

Eyni zamanda, Qarabağda etnik erməni əhalinin sıx məskunlaşdığı ərazilərə humanitar yüklərin daşınması marşrutunun dəyişdirilməsi, Laçın yolunun Bərdə-Ağdam marşrutu ilə əvəz edilməsi ilə bağlı müzakirə aparılıb.

Görüşdə həmçinin Qərbi Azərbaycan icmasının problemləri, bölgənin avtoxton əhalisi olan Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıtması məsələləri gündəmdə olub.

 
17:43
 
 
İyulun 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüşü keçirilib.

Bu barədə "Report"  məlumat verir.

Görüş zamanı tərəflər Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesini müzakirə ediblər. Danışıqlarda Qərbi Azərbaycan İcması üzvlərinin geri qayıtması məsələsi də müzakirə olunub.

Görüş üç saata yaxın davam edib.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin görüşün yekunlarına dair bəyanatla çıxış edəcəyi gözlənilir.

 15:12
 

Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüşü başlayıb.

Bu barədə Report məlumat yayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Siyasət 21:23
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol