• $
  • £

Avto-icbari sığorta üzrə son bir ilin müraciətlərinin sayı açıqlanıb

Avto-icbari sığorta üzrə son bir ilin müraciətlərinin sayı açıqlanıb
17.07.2023 11:51
Mərkəzi Banka son bir il ərzində  avto-icbari sığorta üzrə 1872 şikayət olunub. Bunu Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc deyib. 
 
O bildirib ki, bu müraciətlərin 1261 ədədi qanunvericiliyə uyğun olaraq tam və ya qismən təmin edilib, 536 ədədi üzrə isə qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib.
 
"Mərkəzi Bankda bir qayda olaraq şikayətlər operativ idarəetməyə götürülür, sığorta istehlakçıların hüquqlarının qorunması üçün müvafiq tədbirlər görülür. Bu dövrdə sığorta sahəsi üzrə daxil olmuş şikayətlər əsasında Mərkəzi Bank tərəfindən maliyyə xidmətləri istehlakçılarının pozulmuş hüquqlarının təmin edilməsi məqsədilə sığortaçılara 107 sayda icrası məcburi göstərişlər verilib, sığortalılara 724 min manat sığorta ödənişinin həyata keçirilməsi təmin edilib. Göründüyü kimi, müxtəlif maliyyə və qeyri-maliyyə təşkilatları tərəfindən ölkənin sığorta bazarının mütəmadi tədqiqi ənənəsi yaranardı. Halbuki " şikayət indeksi” yalnız Mərkəzi Banka edilən rəsmi müraciətlərin əsasında aparılmamalıdır", - Zahid Oruc "Sığorta mübahisələrinin uğurlu həll yolları" mövzusunda Elmi-Praktik Konfransda bildirib. 
 
Konfransada iştirak edən Mərkəzi Bankın baş direktoru Ziya Əliyev vurğulayıb ki, ilin sonuna kimi  ölkə üzrə sığorta haqlarının məbləğinin 1,2-1,3 milyard manat olacağını proqnozlaşdırır.
 
Gülnar Nazimqızı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Siyasət 21:23
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol