• $
  • £

Neçirvan Bərzani Əliyevlə görüşə gəlir - Hansı gözləntiləri var?

Neçirvan Bərzani Əliyevlə görüşə gəlir - Hansı gözləntiləri var?
18.07.2023 11:18
Kürdüstan Bölgəsinin prezidenti Neçirvan Bərzani iyulun 18-də Azərbaycana səfərə gəlib. Bu barədə "Safaq News" agentliyi məlumat yayıb. 
 
Bildirlib ki, səfərin məqsədi Azərbaycanın İraq və Kürdüstan regionu ilə əlaqələrini müzakirə etmək, eləcə də müxtəlif sektorlar üzrə qarşılıqlı faydalı əməkdaşlığın inkişafına təkan verməkdir.
 
Nəşrin yazdığına görə Azərbaycan prezidenti bu il fevralın 18-də Almaniyada keçirilən Münhen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində baş tutan görüşdə prezident Bərzaniyə dəvət göndərib.
 
Siyasi məsələlər üzrə ekspert Tural İsmayılov hesab edir ki, İraq Kürdüstanı Zəngəzur dəhlizinin açılmasında xüsusi maraqları var.
 
"Bu gün Azərbaycanla İraq arasında həm tarixdən gələn, həm də müasir dövrün geostragesiyasını özündə əks etdirən əlaqələr mövcuddur. İraqda yaşayan türkmənlərlə, eyni zamanda İraqın tarixi ilə Azərbaycan tarixi arasında dərin bağlar mövcuddur. Zəngəzur dəhlizinin formalaşmağından sonra Azərbaycan təkcə regional konteksdə deyil, qlobal anlamda da əsas tranzit və komnukasiya, loqistika mərkəzlərindən biri halına gələcək və burada İraqın xüsusi maraqları mövcuddur. Nəzərə almalıyıq ki, İraq Kürdüstanı kimi həsas bir bölgə var. Həmin bölgə ilə Azərbaycanın münasibətlərinin yaxşı olması bizim üçün də xüsusi əhəmiyyətə malikdir. Bu səfəri kifayət qədər vacib hesab edirəm", -ekspert açıqlamasında vurğulayıb. 
 
Gülnar Nazimqızı 









www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Siyasət 21:23
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol