Avropa Parlamenti Azərbaycanı seçkilərdə insan hüquqlarının pozulmasında ittiham edib

Avropa Parlamenti "Avropa Parlamentinin Şəffaflıq, Dürüstlük, Hesabatlılıq və Korrupsiyaya Qarşı Mübarizə Qaydalarının İslahatına dair Tövsiyələri” adlı qətnaməsində Azərbaycanla bağlı bəzi pozuntuların olduğunu açıqlayıb. Bu barədə Avropa Parlamentinin rəsmi saytında məlumat yerləşdirilib.
Bildlirlir ki, Azərbaycan Avropa Şurası Parlament Assambleyasının deputatlarına, o cümlədən korrupsiyada dərin şübhə doğuran deputatlara qarşı genişmiqyaslı təsir aksiyaları həyata keçirib.
Parlament Azərbaycanı seçkilərlə bağlı araşdırmaya mane olmaqda və insan hüquqlarının pozulması faktlarını gizlətməkdə ittiham edib.
Siyasi məsələlər üzrə ekspert Qabil Hüseynli deyir ki, Avropa son vaxtlar Azərbaycana qarşı qərəzli mövqedə olmasa da, bir sıra məsələlərdə əks mövqeyini göstərir.
"Təkcə bu yox, başqa sahələrdə də uydurma, ciddi əlaqəsi olmayan məsələlər şişirdilərək Azərbaycana qarşı istifadə edilir. Burada müxtəlif səbəblər göstərmək olar. Avropa Parlamentində anti-müsəlman, anti-türk elementləri var. Bununla yanaşı bu proseslərin bu istiqamətdə aparılmasında erməni lobbisinin rolu böyük böyükdür. Bütünlükdə məsələləri dərindən öyrənmədən bu cür nəticələrə gəlmələri onlara heçnə qazandırmır. Sadəcə Azərbaycanın Avropaya inteqrasiyası məsələsi yolunda ciddi əngəllər yaradır", - politoloq açıqlamasında vurğulayıb.
Gülnar Nazimqızı
Eltac Nurullazadə
www.anews.az