• $ 1.7
  • € 1.94
  • ₽ 0.021438
  • ₺ 0.0432
  • £ 2.3031

MİQ imtahanında 1 testdə səhv aşkarlanıb, namizədlərin balı artırılıb

MİQ imtahanında 1 testdə səhv aşkarlanıb, namizədlərin balı artırılıb
18.07.2023 19:13
2023-2024-cü tədris ili üçün Müəllimlərin İşə Qəbul (MİQ) imtahanından narazı qalanlar var.

APA xəbər verir ki, Elm və Təhsil Nazirliyinin qarşısına toplanan bir qrup müəllim Azərbaycan dili və ədəbiyyat fənni suallarında nöqsanlara yol verildiyini bildiriblər.

Onlar sualların çətinliyindən və quruluşundan gileyləniblər.

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən bildirilib ki, 14 iyul tarixində Azərbaycan dili və ədəbiyyat fənni üzrə müəllimlərin işə qəbulu üzrə test imtahanı keçirilib. Namizədlərin apellyasiya müraciətlərinə əsasən, suallar ekspertlər tərəfindən yenidən yoxlanılıb və 29-cu test tapşırığında səhv olduğu aşkarlanıb.

Həmin test tapşırığı 1 280 nəfərə doğru, 3 842 nəfərə səhv hesablanıb, 959 nəfər isə tapşırığı cavablandırmayıb. Sualın hamıya doğru hesablanması nəticəsində 1 280 nəfərin nəticəsi sabit qalıb, 3 842 nəfərə 2,5 bal (səhv cavaba görə 0,5 bərpa), 959 nəfərə isə iki bal artırılıb.

Əlavə olaraq qeyd edilib ki, 17 iyulda edilən apellyasiya müraciətləri iyulun 21-dək emal olunacaq: 
"Bildiririk ki, Azərbaycan dili və ədəbiyyat fənni üzrə imtahan bir seans keçirilib və namizədlərə eyni məzmunda test tapşırıqları təqdim olunub”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyranbatanda itkin düşən şəxsin meyiti kanaldan tapılıb
Cəmiyyət 17:28
Ceyranbatanda itkin düşən şəxsin meyiti kanaldan tapılıb
Hava ilə bağlı XƏBƏRDARLIQ
Cəmiyyət 17:13
Hava ilə bağlı XƏBƏRDARLIQ
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 14:50
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
DSX-nin hərbçisi vəfat edib
Cəmiyyət 12:40
DSX-nin hərbçisi vəfat edib
Sabahın hava proqnozu
Cəmiyyət 12:15
Sabahın hava proqnozu
Qaxda yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 12:08
Qaxda yol qəzası baş verib, xəsarət alanlar var
Ağdamda elektrik dirəyinə çıxan gənc xilas edilib - Video
Cəmiyyət 10:43
Ağdamda elektrik dirəyinə çıxan gənc xilas edilib - Video
Çaylarda faktiki vəziyyət açıqlanıb
Cəmiyyət 10:26
Çaylarda faktiki vəziyyət açıqlanıb
Sabunçu bazarında yanğın olub - Video
Cəmiyyət 09:25
Sabunçu bazarında yanğın olub - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol