• $
  • £

Ermənistanın mina terroru ilə bağlı məlumatların əks olunduğu xüsusi Ad-hoc hesabatı hazırlanıb

Ermənistanın mina terroru ilə bağlı məlumatların əks olunduğu xüsusi Ad-hoc hesabatı hazırlanıb
18.07.2023 22:01
Ermənistanın Azərbaycanda mina terroru ilə bağlı məlumatların qeyd edildiyi xüsusi Ad-hoc hesabatı hazırlanıb.

Bu varədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) 25 illiyinə həsr olunmuş tədbirdə deyib.

Müvəkkil mina probleminin aradan qaldırılmasının dövlət qarşısında duran prioritet vəzifələrdən biri olduğunu qeyd edərək minaların və hərbi sursatların partlaması nəticəsində bu günədək 300-dən çox şəxsin həyatını itirdiyini və ya ağır yaralandığını, bu göstəricilərin artmaqda davam etdiyini bildirib.

Səbinə Əliyeva mövcud mina probleminin keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz qayıdış prosesini ləngitdiyini, bölgədə həyata keçirilən bərpa və quruculuq işlərinə, habelə regionda sülh quruculuğu prosesinə ciddi maneə törətdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Ombudsman həm İkinci Qarabağ müharibəsi zamanı, həm də postmüharibə dövründə cəbhə xəttində, ona yaxın ərazilərdə, eləcə də mülki əhalinin hədəfə alındığı şəhər və rayonlarda faktaraşdırıcı missiyaların həyata keçirildiyini, mina xəritələrinin verilməməsinə görə mina terrorunun davam etməsi barədə məlumatların qeyd edildiyi xüsusi Ad-hoc hesabatının hazırlandığını bildirib.

Müvəkkil hazırlanmış sənədlərin insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq və regional təşkilatlara, habelə müxtəlif ölkələrin milli insan hüquqları təsisatlarına təqdim olunduğunu qeyd edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Siyasət 21:23
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol