• $
  • £

Əli Kərimlinin partiyası da nazirlikdən mənfi cavab aldı

Əli Kərimlinin partiyası da nazirlikdən mənfi cavab aldı
20.07.2023 09:31
Azərbaycan Xalq Cəbhəsi Partiyası Ədliyyə Nazirliyinə qeydiyyatla  müraciətinə mənfi cavab alıb. Bu barədə Partiya sədri Əli Kərimli deyib. 


"Ən yaxşısı Ədliyyə Nazirliyi vaxt təyin etsin, biz də 5 min nəfər cəbhəçi ilə gələk toplaşaq nazirliyin qarşısında, onlar da bizi əyani görsünlər və istəsələr, saysınlar.  Ədliyyə Nazirliyinin göndərdiyi məktubdakı "çatışmazlıqlar" qeyri-dəqiq və mücərrəd xarakterlidir. Əvvəla, biz nazirliyə təqdim etdiyimiz reyestrdə 5315 nəfər AXCP üzvü haqqında məlumatlar təqdim etmişik. Nazirlik bizə cavabında yazır ki, bizim təqdim etdiyimiz reyestdə guya 5138 nəfər (177  nəfər az) haqda məlumatlar təqdim olunub. Sonra da nazirlik iddia edir ki, reyestrə daxil edilmiş  2497 nəfər barədə məlumatlar (adı, soyadı, ata adı, doğulduğu tarix) düzgün göstərilmədiyindən dəqiqləşdirilməlidir. Necə dəqiqləşdirək? Haradan bilək ki, hansı partiya üzvünün məlumatı sizin tərəfdən düz kimi, hansının məlumatı "düzgün göstərilməyən" kimi qəbul olunur? Çatışmazlıq  nədədir? ",- Kərimli öz sosial hesabında yazıb.

Partiya sədri bildirir ki, Ədliyyə nazirliyi onların üzvlərinin 119 nəfərini başqa partiyaların üzvü olması, 59 şəxs barədə məlumatların təkrarlandığı, 609 nəfərin AXCP üzvü olmadıqlarını aşkarlayıb.

"Ədliyyə Nazirliyi AXCP üzvlərinin reyestrində səhv, çatışmazlıq hesab etdiyi məlumatları dəqiq və ünvanlı göstərməlidir. Bizim bilməyə haqqımız var ki, reyestrə daxil edilmiş partiya üzvlərindən konkret kimlər digər partiyaların üzvü hesab olunub, konkret kimlər AXCP üzvü olmadığını deyib Ədliyyə Nazirliyinə, hansı partiya üzvlərinin adı reyestdə təkrarlanıb",- Kərimli vurğulayıb.

Əli Kərimli  hüquqi yollardan istifadə edəcəyini açıqlayıb və qeyd edib ki, təkpartiyalı sistem yaratmaq siyasətilə barışmayacaq.
 
İyulun 19-da Müsavat Partiyası, iyulun 17-də REAL Partiyası qeydiyyatla bağlı Ədliyyə Nazirliyindən nöqsanlar göstərilməklə mənfi cavab alıblar. 
 
 
Partiyalar haqqındaki yeni qanuna əsasən 2023-cü ilin mart-iyulunda 31 partiya öz fəaliyyətinə xitam verib. 26 partiya isə reysterə daxil edilib. 
 
Prezident İlham Əliyev 2023-cü ilin yanvarın 11-də "Siyasi Partiyalar haqqında" qanunu təsdiqləyib. 
 
2022-ci il dekabrın 16-da Milli Məclisdə "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ümumilikdə 100 dəyişilklik  edilməklə III oxunuşda qəbul olunub. 
 
Layihə 6 fəsil, 30 maddədən ibarətdir. 
 
Layihə Venesiya Komissiyasının 233 tövsiyəsindən seçki prosesi ilə bağlı olmayan və sırf siyasi partiyanın statusuna və fəaliyyətinə aid 132 tövsiyəsindən  112-si nəzərə alınıb. 
 
"Siyasi partiyalar haqqında" layihə ən son 1992-ci ildə qəbul olunmuşdu.


Gülnar Nazimqızı 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Siyasət 21:23
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol