• $
  • £

Qarabağdakı erməni azlığının hüquqlarını Azərbaycan Konstitusiyası qoruyacaq

Qarabağdakı erməni azlığının hüquqlarını  Azərbaycan Konstitusiyası  qoruyacaq
22.07.2023 00:00
Errməni azlığının  hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq qorunacaq. Bu barədə Prezident İlham Əliyev bildirib.

"Biz reinteqrasiya yolu ilə gedəcəyik, biz getməyə hazırıq. Erməni azlığının  hüquqları və təhlükəsizliyi Konstitusiyamıza uyğun olaraq qorunacaq...(...). Biz Qarabağın erməni əhalisinin inteqrasiyası məsələsi ilə bağlı öz mövqeyimizi dəfələrlə bildirmişik və maksimum konstruktivlik nümayiş etdirmişik", - Əliyev cümə günü media forumunda çıxışı zamanı deyib. 

Prezident qeyd edib ki, Azərbaycanda digər məsələlərdə olduğu kimi, bunda da xeyirxah məram göstəriləcək.

"Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bu, bizim sərvətimiz və gücümüzdür. Azərbaycanda yaşayan müxtəlif etnik qrupların, bütün qrupların nümayəndələri eyni hüquqlara, eyni vəzifələrə malikdir və onların təhlükəsizliyi bərabər səviyyədə qorunur. Nə üçün hər hansı bir etnik qrup istisna olmalıdır və digərləri üzərində üstünlüyə malik olmalıdır? Mən başa düşmürəm ki, bu, bizim xalqın hələ də başa düşmürəm ki, bu, yaşayan xalqın iradəsidir”, - Əliyev bildirib. 

Azərbaycana göz yummağın mümkün olmadığını vurğulayan dövlət başçısı qeyd edib ki, "sağlam düşüncə üstünlük təşkil etməlidir”.

"Lakin bu gün Qarabağda "hakimiyyəti" əlində saxlayan xunta özünü ya "prezident", ya "deputat", ya da "nazir" adlandırır. Bu, gülüş doğurur", - deyən Əliyev qeyd edib ki, hazırda "orada yaşayan erməniləri girov saxlayırlar".

Qarabağdakı erməni nümayəndələri ilə əlaqə yaratmaq üçün xüsusi nümayəndənin təyin edildiyini xatırladan prezident Əliyev "onların bundan qətiyyətlə imtina etdiklərini” vurğulayıb.

"Bir müddət sonra onları yenidən dəvət etdik. Mümkün səhvi istisna etmək üçün yenidən dəvət etdik. Yenə də fikir ayrılığı eşitdik, rədd cavabı eşitdik. Mən də dedim ki, bundan sonra dəvətlər olmayacaq", - Əliyev deyib.

Dövlət başçısı əlavə edib ki, indi reinteqrasiya məsələsi "Qarabağın erməni sakinlərinin onları girov götürən və qul kimi istismar edən xuntadan nə vaxt qurtula biləcəyindən” asılıdır.

"Niyə başqa ölkədən mal gətirilməlidir? Bu, məntiqsizdir. Amma bu jesti qəbul etmək əvəzinə ora beton bloklar qoyulur. Kim kimə mane olur?", - Ağdam-Əsgəran yolunun ermənilər tərəfindən bağlanmasına toxunan Əliyev vurğulayıb.
 

N.Təbrizli


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Siyasət 14:57
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol