Sabah Moskvada üçtərəfli görüş gözlənilir

İyulun 25-də Moskvada Azəərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir. Bu barədə Rusiya mətbuatı yazıb.
Bildirilib ki, görüşdə Qarabağda baş verən son hadisələr müzakirə olunacaq.
Sonuncu dəfə mayın 19-da Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov, Ceyhun Bayramov və Ararat Mirzoyanın üçtərəfli görüşü baş tutub. Görüşdə sülh müqaviləsinin imzalanması istiqamətində danışıqlar aparılıb.
Bayramov və Mirzoyan sonuncu dəfə iyunun 30-da ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində 2 gün müddətində görüşüblər. Həmin görüşdə bəzi razılıqlar əldə olunub.
Bundan əvvəl, mayın 1-4-də Vaşinqtonda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında danışıqlar olub. ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə regional təhlükəsizlik və sabitlik məsələləri də müzakirə olunub.
Gülnar
www.anews.az
Son xəbərlər
Daha çox 