• $
  • £

AIMC-dən Söyüdlü yaxınlığındakı göllə bağlı AÇIQLAMA

AIMC-dən Söyüdlü yaxınlığındakı göllə bağlı AÇIQLAMA
24.07.2023 19:31
Azərbaycanda qızıl, mis və gümüş hasilatçısı olan "Azerbaijan International Mining Company’ (AIMC) Söyüdlü kəndi yaxınlığındakı tullantı gölü ilə bağlı yerli əhalinin qaldırdığı problemlərlə bağlı narahatlığını ifadə edir.

Bildirilir ki, AIMC Prezident İlham Əliyevin 2023-cü il iyulun 11-də keçirilən müşavirədə səsləndirdiyi iradları qəbul edir.

Bu iradlardan sonra AIMC dərhal tədbirlər görərək məsələnin həlli istiqamətində Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə yaxından əməkdaşlıq edir.

AIMC Gədəbəy rayonunun Söyüdlü kəndindəki vəziyyətlə bağlı hərtərəfli araşdırma aparmaq üçün bütün maraqlı tərəflərlə, o cümlədən Baş Nazir Əli Əsədovun tapşırığı ilə yaradılmış komissiya ilə əməkdaşlığa hazır olduğunu bəyan edir.

İyulun 18-də Komissiya Gədəbəy rayonunda Söyüdlü sakinlərinə indiyədək görülmüş işlər və gələcək qiymətləndirmə planları barədə məlumat vermək üçün iclas keçirib.

Bundan sonra AIMC rəhbərliyi və əməkdaşlarının iştirakı ilə kənd sakinləri ilə komissiyanın ilkin nəticələrinin qiymətləndirilməsi üçün ayrıca görüş təşkil olunub.

Bundan əlavə, Prezident və ETSN-in göstərişi əsasında komissiya müvafiq araşdırma və sonrakı qiymətləndirmə prosesində ekspertizasından və dəstəyinindən istifadə etmək üçün geoloji və dağ-mədən sahəsində konsaltinq xidmətləri göstərən "Micon International” (Micon) şirkəti ərazidə monitorinq keçirməsi üçün cəlb edib. 1 avqust 2023-cü il tarixində başlanacaq araşdırmaya qədər mədəndə əməliyyatlar davam edəcək.

Bu tarixdən sonra isə altı həftə ərzində planlaşdırılan monitorinqin nəticələrinə qədər müəssisənin fəaliyyəti dayandırılacaq.
Sözügedən tədbirlərlə əlaqədar, AIMC tullantılar üzrə konsaltinq sahəsində ixtisaslaşan tanınmış beynəlxalq mühəndislik şirkəti "Knight Piesold” ilə ETSN-nin sorğusuna uyğun olaraq tullantıların idarə olunması məqsədilə gələcək qiymətləndirmələrdə əlavə araşdırma aparmaq üçün müqavilə bağlayıb.

AIMC uzun illərdir Azərbaycanda göstərdiyi fəaliyyəti dövründə şəffaflıq və ən qabaqcıl təcrübələrin tətbiqi prinsiplərinə hər zaman sadiq olduğunu bildirir.

Şirkətin əməliyyatlarında sağlamlıq və ətraf mühitin mühafizəsi məsələləri  hər zaman  yüksək prioritet təşkil edib.

Buna görə də AIMC ETSN-nin təhlükəsizlik tövsiyələrinə riayət olunmasını təmin etmək üçün müfaviq addımları atmağa, dövlət qurumları və maraqlı tərəflərlə əməkdaşlığa davam edəcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Siyasət 14:57
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol