• $ 1.7
  • € 1.9828
  • ₽ 0.021134
  • ₺ 0.0416
  • £ 2.2963

Reabilitasiya mərkəzində xəstələrə əzab verən 5 əməkdaşa cəza istənilib

Reabilitasiya mərkəzində xəstələrə əzab verən 5 əməkdaşa cəza istənilib
25.07.2023 18:40
Bakıda narkotik, alkoqol və digər asılılıqlardan müalicə mərkəzi kimi fəaliyyət göstərən "New Life” reabilitasiya mərkəzinin 5 əməkdaşının məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Dövlət ittihamçısı Novxanı qəsəbəsində yerləşən mərkəzin rəhbəri Orucəli Heydərov və Elvüsal Hüseynovun 11 il, Sərxan Əliyevin 10 il 6 ay, Famil Rzayev və Qənbər Həsənovun 10 il azadlıqdan məhrum edilməsini istəyib.

"New Life” Reabilitasiya Mərkəzində müalicə kursu keçən pasiyentlərin hər birindən 1500 manatdan 6600 manata qədər ödəniş alınıb. Reabilitasiya zamanı isə dünyada narkotik, alkoqol asılılığının müalicəsində tətbiq olunan "12 addım” proqramından istifadə olunub. Lakin sözügedən mərkəzdə qaydalara, əmrlərə tabe olmayan şəxslərə qarşı zorakılıq edilib. Belə ki, müalicə olunanlardan biri H.Məmmədov mərkəzdən qaçmaq istəyəndə əməkdaşlar onu tutaraq döyüblər. Qaçmaması üçün əl-qolunu bağlayıb, bu vəziyyətdə saxlayıblar. Bir gün sonra onun vəziyyəti pisləşib. Xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Zərərçəkmiş qismində tanınmış H.Məmmədov müalicə gedişində vəfat edib. Digər pasiyentlər - F.Həsənov, K.Əliyev və C.Əliyev isə işgəncələr nəticəsində müxtəlif bədən xəsarətləri alıblar. Onların barmaqlarının sındırıldığı və digər işgəncələrə məruz qaldıqları bildirilib.

İlkin olaraq H.Məmmədovun əzab verilməsi nəticəsində öldüyü güman edilsə də, ekspertiza rəyindən sonra onun yüksək dozada narkotik qəbulundan vəfat etdiyi məlum olub.

Prokurorluq tərəfindən aparılan araşdırma nəticəsində saxlanılan beş nəfər Cinayət Məcəlləsinin 133 (əzab vermə), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə təqsirləndiriliblər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Daha iki ünvanda avtobus zolağında minib-düşmə yeri yaradılıb
Cəmiyyət 16:05
Daha iki ünvanda avtobus zolağında minib-düşmə yeri yaradılıb
Ağdərədə yanğın olub
Cəmiyyət 15:52
Ağdərədə yanğın olub
Prezident və birinci xanım “Hacıkənd” istirahət kompleksinin tikintisi ilə tanış olublar
Cəmiyyət 15:34
Prezident və birinci xanım “Hacıkənd” istirahət kompleksinin tikintisi ilə tanış olublar
Sabah ölkə üzrə pensiyalar tam ödəniləcək
Cəmiyyət 15:10
Sabah ölkə üzrə pensiyalar tam ödəniləcək
Şair Məmməd İsmayıl Tovuzda dəfn olunub
Cəmiyyət 14:55
Şair Məmməd İsmayıl Tovuzda dəfn olunub
Azərbaycanda bir vəkilin fəaliyyətinə xitam verilib, altısına xəbərdarlıq edilib
Cəmiyyət 14:34
Azərbaycanda bir vəkilin fəaliyyətinə xitam verilib, altısına xəbərdarlıq edilib
Prezident İlham Əliyev və birinci xanım Gəncəyə gedib
Cəmiyyət 14:14
Prezident İlham Əliyev və birinci xanım Gəncəyə gedib
Birbank Biznes-də dostluq qazandırır
Cəmiyyət 12:55
Birbank Biznes-də dostluq qazandırır
Ötən il pnevmoniyadan ölən şəxslərin sayı açıqlanıb
Cəmiyyət 12:39
Ötən il pnevmoniyadan ölən şəxslərin sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol