• $ 1.7
  • € 1.7845
  • ₽ 1.97
  • ₺ 0.0466
  • £ 2.1491

Emənistan mina xəritələrini dərhal verməlidir - Yaşar Əliyev

Emənistan mina xəritələrini dərhal verməlidir - Yaşar Əliyev
04.08.2023 12:23
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Ermənistandan minalanmış ərazilərin xəritəsini dərhal verməklə bağlı tələb irəli sürüb. Bu barədə İnternfaks  Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinə istinadan məlumat yayıb. 
 
Yaşar Əliyev bildirib ki, Azərbaycan ərazisinə 1,5 milyondan çox mina yerləşdirilib və Ermənistan bununla bağlı doğru məlumatları hələ də vermir. 
 
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) son məlumatlarına görə, iyulda Qarabağda 190 piyada əlehinə, Tərtər, Ağdam, Laçın, Füzuli, Şuşa, Kəlbəcər, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 238 tank əleyhinə mina, 525 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
 
Bundan əvvəl, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib ki, Ermənistanın minalarla bağlı təqdim etdiyi xəritənin reallıq faizi 25%-dir və bu çox aşağı göstəricidir. 
 
İyulun 13-də Azərbaycan Prezidentin Qarabağdakı xüsusi nümayəndəsi Emin Hüseynov mətbuata açıqlamasında bildirib ki, azad olmuş ərazilərdə 42,635 hektar ərazi minadan təmizlənib. 
 
Son 30 ildə Azərbaycanda təxminən 3 350 nəfər minaya düşüb. 

2020-ci ilin noyabrından Azərbaycan ərazisindən 81 min 386 hektar ərazi minalardan təmizlənib. 

2023-cü ilin dörd ayında işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) tərəfindən 3 878 ədəd mina və partlamamış hərbi sursat aşkarlanıb.
 
Bu ilin martın 17-də baş nazir Əli Əsədov Milli Məclisdə hökumətin hesabatında çıxışında bildirib ki, hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.
 
Gülnar Nazimqızı 
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda qadın siyasətçilərin sayı niyə azdır? - Araşdırma
Cəmiyyət 10:37
Azərbaycanda qadın siyasətçilərin sayı niyə azdır? - Araşdırma
Emənistan mina xəritələrini dərhal verməlidir - Yaşar Əliyev
Cəmiyyət 12:23
Emənistan mina xəritələrini dərhal verməlidir - Yaşar Əliyev
Prezident tapşırıq verməzdən əvvəl hökumət hərəkətə keçməli idi - Deputat/VİDEO
Cəmiyyət 15:35
Prezident tapşırıq verməzdən əvvəl hökumət hərəkətə keçməli idi - Deputat/VİDEO
Yeni vəzifə alan Şahin Bağırov generalı vəzifəsindən azad etdi - FOTO
Cəmiyyət 11:25
Yeni vəzifə alan Şahin Bağırov generalı vəzifəsindən azad etdi - FOTO
DTX yeni məlumat yaydı - YENİ HƏBSLƏR VAR
Cəmiyyət 12:19
DTX yeni məlumat yaydı - YENİ HƏBSLƏR VAR
Sabiq MTN polkovniki jurnalisti təhqir etdi - Video
Cəmiyyət 14:05
Sabiq MTN polkovniki jurnalisti təhqir etdi - Video
Əbülfəz Elçibəyin doğum günüdür - Yaşasaydı 84 yaşı olacaqdı
Cəmiyyət 00:00
Əbülfəz Elçibəyin doğum günüdür - Yaşasaydı 84 yaşı olacaqdı
Qarabağda 4 məktəb tikilir - Emin Hüseynov
Cəmiyyət 16:34
Qarabağda 4 məktəb tikilir - Emin Hüseynov
Vətəndaşlar, müxalifət və digər partiyalar Rəsulzadə abidəsini ziyarət edir - CANLI YAYIM
Cəmiyyət 13:06
Vətəndaşlar, müxalifət və digər partiyalar Rəsulzadə abidəsini ziyarət edir - CANLI YAYIM
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol