BP-nin podryatçı şirkətlərinin gördüyü sifarişlərin həcmi 10% artıb

2023-cü ilin birinci yarısında bp-nin Azərbaycandakı layihələri üzrə podratçı şirkətlər 718,5 milyon dollarlıq sifarişləri yerinə yetiriblər ki, bu da 2022-ci ilin yanvar-iyunundan 10% çoxdur. Bu barədə bp-Azərbaycanın məlumat yayıb.
"Göstərilən məbləğdən 14 müştərək müəssisə 356 milyon dollarlıq sifarişləri yerinə yetirib, 22,3 milyon dolları 18 dövlət müəssisəsi, 167,8 milyon dolları 195 kiçik və orta sahibrlıq subyekti, 172,4 milyon dolları bp-nin Azərbaycanda layihələrində çalışan 91 xarici şirkət olub”. - deyə şirkətin mətbuat xidmətindən bildirilib.
2023-cü ilin yanvar-iyun aylarında bp-Azerbaijan şirkətinin sosial layihələrin həyata keçirilməsinə layihə tərəfdaşları ilə birgə və ayrıca yatırılan vəsaitlər də daxil olmaqla ümumi investisiyaları 1,3 milyon ABŞ dolları təşkil edib.
"Azəri”, "Çıraq” və "Günəşli”nin dərinsulu yataqlarının işlənməsi üzrə müqavilə 1994-cü ildə imzalanıb. Blokda neft hasilatı 1997-ci ilin noyabrında başlayıb.
Bu müqavilənin müddəti 2024-cü ildə başa çatır. Lakin 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun işlənməsi üzrə 2050-ci ilə qədər hesablanmış yeni müqavilə imzalanıb.
Yeni müqaviləyə əsasən bp-nin (layihə operatoru) payı 30,37%, Azərbaycan Dövlət Neft Şirkəti - 25%, Macarıstanın MOL - 9,57%, Amerikanın ExxonMobil - 6,79%, Hindistanın ONGC - 2,31%, Yaponiyanın Inpex Corp. və Itochu Oil - müvafiq olaraq 9,31% və 3,65%, Norwegian Equinor - 7,27%, Türkiyənin TPAO - 5,73%.
"Şahdəniz” yatağının işlənməsi üzrə müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və həmin il oktyabrın 17-də Milli Məclis tərəfindən ratifikasiya edilib. Tərəflərin müqavilədə iştirak payı hazırda aşağıdakı kimidir: bp (operator - 29,99%), LUKOIL (19,99%), TPAO (19%), NICO (10%) və Cenub Qaz Dehlizi QSC (21,02%)
Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin iştirakçıları bp (30,1%); SOCAR (25%); MOL (8,9%); Equinor (8,71%); TPAO (6,53%); ENI (5%); ExxonMobil (2,5%), Itochu (3,4%); INPEX (2,5%), TotalEnergies (5%) və ONGC (2,36%) şirkətləridir.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər