• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

10 mart Milli Teatr Günüdür

10 mart Milli Teatr Günüdür
10.03.2014 09:27
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 1 mart 2013-cü il tarixində Azərbaycan Respublikasında «Milli Teatr Günü»nün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Bununla əlaqədar martın 10-da ölkəmizdə Milli Teatr Günü ilk dəfə rəsmi şəkildə qeyd ediləcək. Həmin gün teatr ictimaiyyəti saat 9.30-da Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edəcəkdir. Saat 18.30-da isə Azərbaycan Dövlət Musiqili Teatrında Milli Teatr Gününə həsr olunmuş tədbir və Azərbaycan Dövlət Musiqili Teatrının təntənəli açılış mərasimi keçiriləcək.Böyük maarifçi Həsən bəy Zərdabi və görkəmli yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda M.F.Axundzadənin «Lənkəran xanının vəziri» komediyasının tamaşaya hazırlanması Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində peşəkar teatrın təməlini qoyub. Teatrın böyük ictimai əhəmiyyətini dərk edən Azərbaycan ziyalıları Naxçıvan, Şəki, Şamaxı, Lənkəran, Quba və Şuşa şəhərləri ilə bərabər, Tiflisdə və İrəvanda da teatr tamaşaları təşkil edirdilər. 1918-ci ildə Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra bir çox sahələrdə olduğu kimi teatr sənətimizin inkişafında da mühüm işlər həyata keçirilib. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti pərakəndə fəaliyyət göstərən teatr truppalarını birləşdirərək Dövlət Teatrını yaratdı. 1919-cu il oktyabrın 24-də Azərbaycan Xalq Cümhuriyyətinin bütün dövlət və hökumət rəhbərlərinin iştirakı ilə Dövlət Teatrının rəsmi açılışı olub. Bu gün respublikada artıq 26 dövlət teatrı fəaliyyət göstərir. Şəbəkənin müntəzəm və səmərəli fəaliyyətini təmin etmək məqsədilə bütün maliyyə, təşkilati və yaradıcılıq imkanlarından istifadə edilir. Dövlətlərarası mədəni əməkdaşlıq haqqında ikitərəfli sazişlərə uyğun olaraq respublika teatrları xarici ölkələrdə keçirilən müxtəlif festivallarda uğurla çıxış edirlər. Bu gün Bakı şəhəri Beynəlxalq Teatr Konfransı, UNİMA-nın iştirakı ilə Beynəlxalq Kukla Teatrları Festivalı, Çexov Festivalı kimi nüfuzlu tədbirlərə ev sahibliyi edir. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əliyevdən Cahangir Novruzovla bağlı- Sərəncam
Mədəniyyət 17:41
Əliyevdən Cahangir Novruzovla bağlı- Sərəncam
Fransa “Uşaq Avroviziyası 2025” mahnı müsabiqəsinin qalibi olub - Video -Yenilənib
Mədəniyyət 22:19
Fransa “Uşaq Avroviziyası 2025” mahnı müsabiqəsinin qalibi olub - Video -Yenilənib
“Biri var idi, biri yox idi” – Sivvadan NAĞIL KİMİ LAYİHƏ
Mədəniyyət 20:27
“Biri var idi, biri yox idi” – Sivvadan NAĞIL KİMİ LAYİHƏ
“Mortal Kombat” filmindəki Şanq Tsu obrazı ilə tanınan aktyor, 75 yaşında vəfat edib
Mədəniyyət 10:09
“Mortal Kombat” filmindəki Şanq Tsu obrazı ilə tanınan aktyor, 75 yaşında vəfat edib
UVS Production debüt konsert proqramını təqdim edib
Mədəniyyət 13:56
UVS Production debüt konsert proqramını təqdim edib
Əyyub Quliyev Dövlət Kamera Orkestrinə dirijor təyin edilib
Mədəniyyət 10:00
Əyyub Quliyev Dövlət Kamera Orkestrinə dirijor təyin edilib
“Bayır şəhər”in dəyəri və şəhəri zəbt edən “düşmənlər” haqqında - KÖŞƏ
Mədəniyyət 08:33
“Bayır şəhər”in dəyəri və şəhəri zəbt edən “düşmənlər” haqqında - KÖŞƏ
Müsəllim Həsənov: “Dünyada mətbuatın funksiyası dəyişir”
Mədəniyyət 13:13
Müsəllim Həsənov: “Dünyada mətbuatın funksiyası dəyişir”

Naxçıvanda 50 abidənin pasportu hazırlanacaq
Mədəniyyət 11:14
Naxçıvanda 50 abidənin pasportu hazırlanacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol