• $
  • £

Bakıda muzadla işləyənlərin əməkhaqqı 1174,5 manat olub

Bakıda muzadla işləyənlərin əməkhaqqı 1174,5 manat olub
08.08.2023 13:06
2023-cü ilin beş ayında Bakıda muzdla işləyənlərin orta aylıq əməkhaqqı 1174,5 manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,1% çoxdur. Bu barədə Bakı Statistika İdarəsindən bildirilib. 
 
 
2023-cü ilin iyun ayının 1-i vəziyyətinə Bakı şəhəri üzrə muzdla çalışan işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 24730 nəfər artaraq 905467 nəfər olub. 

 
Dövlət Statistika Komitəsinin son hesabatına görə, 2023-cü ilin beş ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,1 faiz artaraq 916,8 manat olub.
 
2023-cü il iyununda Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 20,3 min nəfər artaraq 1726,3 min nəfər olub.
 
Dövlət Statistika Komitəsinin altı aylıq hesabatına görə, Azərbaycanda inflyasiya 12,7% təşkil edib. 
 
6 ayda istehlak qiymətləri indeksi ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 115,1 %, qeyri-ərzaq məhsulları üzrə 111,4 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,5 % təşkil edib.
 
Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib ki, Azərbaycanda inflyasiyanın iki rəqəmli olacağı proqnozlaşdırılsa da ilin sonuna kimi bu rəqəmin 10%-dan az olması da mümkündür.  
 
2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9% təşkil edib.
 
İqtisadiyyat Nazirliyinin yenilənmiş hesablamalarına əsasən, 2023-cü il üçün inflyasiya 10,4% səviyyəsində proqnozlaşdırılır.

Gülnar Nazimqızı 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:52
Azərbaycan nefti ucuzlaşıb
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol