• $ 1.7
  • € 1.7845
  • ₽ 1.97
  • ₺ 0.0466
  • £ 2.1491

Azərbaycanda iyulda neft hasilatı 184 min barel geriləyib

Azərbaycanda iyulda neft hasilatı 184 min barel geriləyib
09.08.2023 11:38
İyulda Azərbaycan neft hasilatı kvotası sutkada 184 min barel geriləyib. Bu barədə İnterfaks agentliyi  "S&P Global Commodity Insights” şirkətinin açıqlamasına istinadan yazıb. 
 
Bildirilib ki, iyulda neft hasilatı sutkada 500 min barel təşkil edib. 
 
Energetika Nazirliyi hələlik bununla bağlı açıqlama verməyib. 
 
İyunda Azərbaycanda sutkalıq neft hasilatı 610 min barel olub. 
 
Azərbaycan "OPEC plus” razılaşmasının 2016-ci ildən iştirakçısıdır.
 
Neft İxrac Edən Ölkələr Təşkilatı və ya qısaca OPEC (ing. The Organization of the Petroleum Exporting Countries) — neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədi ilə 1960-cı ildə Bağdadda keçirilən konfransda yaradılıb. Əvvəlcə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela təşkilata daxil olub.


Bu 5 ölkəyə sonradan Qətər, (1961), İndoneziya (1962), Liviya (1962), Birləşmiş Ərəb Əmirlikləri (1967), Əlcəzair (1969), Nigeriya (1971), Ekvador (1973-1992), Qabon (19751994), Anqola (2007) və Ekvatorial Qvineya (2017) qoşulub.


Təşkilatın qərargahı 1965-ci ildən Avstriyanın paytaxtı Vyana şəhərində yerləşir. Hazırda OPEC-in 13 üzvü var. (Əlcəzair, Anqola, Konqo, Ekvatorial Qvineya, Qabon, İran, İraq, Küveyt, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Venesuela).

Qeyri-OPEC ölkələri (Azərbaycan, Bəhreyn, Bruney, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan, Cənubi Sudan) təşkilatla "OPEC plus” formatında sıx əməkdaşlıq edir. "OPEC plus” əməkdaşlığının əsas məqsədi dünya neft bazarında tələb və təklifin uzlaşmasına nail olmaqdır.
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Məzənnə açıqlanıb
İqtisadiyyat 09:57
Məzənnə açıqlanıb
Azərbaycan neftinin qiyməti bahalaşıb
İqtisadiyyat 09:20
Azərbaycan neftinin qiyməti bahalaşıb
ABŞ-ın neft ehtiyatları bu həftə gözlənilmədən azalıb
İqtisadiyyat 22:04
ABŞ-ın neft ehtiyatları bu həftə gözlənilmədən azalıb
Kriptovalyuta bazarının son göstəriciləri açıqlanıb
İqtisadiyyat 16:38
Kriptovalyuta bazarının son göstəriciləri açıqlanıb
Avro və rubl bahalaşıb - Günün məzənnəsi
İqtisadiyyat 09:09
Avro və rubl bahalaşıb - Günün məzənnəsi
Kapital Bank-ın baş ofisi artıq yeni ünvanda
İqtisadiyyat 17:02
Kapital Bank-ın baş ofisi artıq yeni ünvanda
Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb
İqtisadiyyat 15:25
Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb
Ölkədə problemli kreditlər artıb
İqtisadiyyat 14:57
Ölkədə problemli kreditlər artıb
Unibankın komissiyasız kredit kampaniyasının bitməsinə 4 gün qalıb
İqtisadiyyat 14:32
Unibankın komissiyasız kredit kampaniyasının bitməsinə 4 gün qalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol