• $
  • £

ABB Naxçıvan sahibkarları üçün güzəştli kredit imkanları yaradır

ABB Naxçıvan sahibkarları üçün güzəştli kredit imkanları yaradır
07.08.2023 17:40
Sahibkarların etibarlı tərəfdaşı olan ABB maliyyə resurslarının ölkəmizin bütün regionlarında iş adamları üçün əlçatan olması üçün ardıcıl tədbirlər həyata keçirir. ABB ilə Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
 
Əməkdaşlıq çərçivəsində yerli sahibkarlara bizneslərini inkişaf etdirmək üçün güzəştli kreditlər veriləcək. ABB-nin nümayəndə heyətinin Muxtar Respublikaya səfəri zamanı Naxçıvan Biznes Mərkəzində görüş keçirilib. Bölgədə biznesin inkişafı üçün birgə fəaliyyət imkanları dəyərləndirilib. ABB təmsilçiləri Biznes Mərkəzində yerli istehsal məhsullarının sərgisi ilə də tanış olublar. Bankın korporativ biznes üzrə Baş direktoru Nərgizxanım Biləndərli qeyd edib ki, ABB-nin Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlığı regionda real sektorun inkişafına töhfə verəcək:
 
"Yerli sahibkarların maliyyə resurslarına çıxış imkanları genişlənəcək. Onlar güzəştli şərtlərlə kreditlər əldə edəcəklər. Naxçıvanda fəaliyyət göstərən iş adamları ABB-nin Naxçıvan filialına müraciət edərək bu imkanlardan faydalana bilərlər”. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:52
Azərbaycan nefti ucuzlaşıb
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol