• $
  • £

ƏDV-nin qaytarılması mexanizmi çərçivəsində əhaliyə 87 milyon manat qaytarılıb

ƏDV-nin qaytarılması mexanizmi çərçivəsində əhaliyə 87 milyon manat qaytarılıb
09.08.2023 23:04
Azərbaycanda 2023-cü ilin yanvar-iyulunda  "ƏDV hissəsinin qaytarılması mexanizmi” çərçivəsində əhaliyə 86,7 milyon manat geri qaytarılıb.  Bu barədə Dövlət Vergi Xidməti məlumat verib. 
 
 
"Bu ilin yanvar-iyulunda portalda qeydiyyatdan keçmiş istehlakçılara "ƏDV-nin qaytarılması” layihəsinin həyata keçirildiyi vaxtdan 2023-cü il avqustun 1-dək 86,7 milyon manat vəsait qaytarılıb. Layihənin reallaşdırıldığı gündən indyədək isə qaytarılan vəsaitin həcmi  448,2 milyon manat olub",  -  məlumatda qeyd olunub.

Bu günədək www.edvgerial.az portalında 2,3 milyona yaxın istifadəçi satın alınan mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün qeydiyyatdan keçib.

2020-ci ilin martında Azərbaycan Prezidenti İlham Əliyev "ƏDV-nin bir hissəsinin qaytarılması mexanizmi”ni təsdiqləyib. Mexanizmə əsasən, Azərbaycan vətəndaşları ticarət və ya iaşə obyektlərində ödəniş edərkən ƏDV-nin bir hissəsini 30 gün ərzində ala bilərlər.

Mexanizmə əsasən, ƏDV-nin qaytarılması xidmətindən istifadə etmək istəyənlər xüsusi portalda qeydiyyatdan keçməlidirlər. İstehlakçı satın alarkən satıcıdan nəzarət-kassa aparatının çekini və terminal nəzarət-kassa aparatına qoşulmadıqda POS terminaldan çıxarışı tələb etməlidir.

Ticarət və ya iaşə obyektlərində hesablaşmalar üzrə ƏDV-nin qismən qaytarılması nağd ödənişlər üzrə ƏDV-nin 5%-nin, nağdsız ödənişlər üzrə ƏDV-nin 17,5%-nin qaytarılmasını nəzərdə tutur.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:52
Azərbaycan nefti ucuzlaşıb
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol