• $
  • £

OPEC iyulda sutkalıq neft hasilatını azaldıb

OPEC iyulda sutkalıq neft hasilatını azaldıb
10.08.2023 18:56
OPEC iyulda gündəlik neft hasilatını iyun ilə müqayisədə  836 min barel azaldaraq 27,3 milyon barelı kimi endirib.  Bu barədə qurumun hesabatında bildirilib. 

Hasilat əsasən Səudiyyə Ərəbistanında (gündə 1 milyon barel), Liviyada (gündə 52,000 barel) və Nigeriyada (gündə 40,000 barel), İranda (+68,000 barel), İraqda (+40 min barel) azalıb.Anqola da isə 56 min barel  artıb.

İyulda neft hasiları  OPEC+ sazişi çərçivəsində müəyyən edilən hasilat kvotalarından 2,8 milyon barel aşağıdır. Kvotalardan əlavə, bir sıra ölkələr istehsalı azaltmaq üçün könüllü öhdəliklər götürüblər. Bu öhdəliklər nəzərə alınmaqla, OPEC+ sazişində iştirak edən OPEC ölkələrinin neft hasilatının səviyyəsi plandan 774 min barel aşağı olub.

Müəyyən edilmiş məhdudiyyətlərə əlavə olaraq, bir sıra OPEC+ ölkələri 2023-cü ilin mayında dekabra nisbətən hasilatı əlavə olaraq  daha 1,66 milyon barel azaldıb (onlardan OPEC ölkələri - sutkada 1 milyon barel). Səudiyyə Ərəbistanı - sutkada 500 min barel, BƏƏ - 144 min barel, İraq - 211 min barel, Küveyt - 128 min barel, Əlcəzair - 48 min barel, Qabon - 8 min barel az neft hasil ediblər. 

Bundan əlavə, Səudiyyə Ərəbistanı iyulda hasilatı sutkada daha 1 milyon barel azaldaraq 9 milyon barelə endirməyi planlaşdırdığını açıqlayıb.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:52
Azərbaycan nefti ucuzlaşıb
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol