• $
  • £

ASCO-nun tankerləri 6 ayda nə qədər yük daşıyıb?-AÇIQLAMA

ASCO-nun tankerləri 6 ayda nə qədər yük daşıyıb?-AÇIQLAMA
11.08.2023 10:59
2023-cü ilin yanvar-iyununda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) tankerləri ilə 2,5 milyon ton yük daşınıb. Bu barədə ASCO məlumat yayıb.

Hesabat dövründə bərə və Ro-Pax tipli gəmilərlə daşınan vaqonların sayı 16 903 ədəd, avtonəqliyyat vasitələrinin sayı isə 15 611 ədəd olub.
 
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 2023-cü ilin martında Qazaxıstanın Xəzər dənizindən Aktau-Bakı marşrutu ilə Kaşaqan yatağından 6,9 min ton neftin ilk partiyasını göndərdiyini bildirib.

ASCO-nun universal quru yük gəmiləri ilə isə 422 min ton yük nəql edib.
 
Bu il yanvarın 1-nə ASCO-nun aktivləri 1 335,416 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 3,4 % çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 20,3 % azalaraq 161,726 milyon manata düşüb, balans kapitalı isə 7,9 % artaraq 1 173,69 milyon manata çatıb.
 
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 2022-ci ili 65,441 milyon manat xalis mənfəətlə başa vurub
 
ASCO 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 440,051 milyon manatdır. Şirkət 100 % dövlətə məxsusdur.
 
Aytac Zeynalova
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:52
Azərbaycan nefti ucuzlaşıb
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol