İsrail Ukraynaya bir neçə ton dərman tədarük edəcək

İsrail Kiyevə bir neçə ton dərman göndərəcək. Bu barədə TASS İsrailin Ukraynadakı səfiri Mixail Brodskinə istinadan bildirib.
"Alınan sorğuya uyğun olaraq, İsrail Ukraynaya bir neçə ton dərman göndərəcək", - Brodski deyib.
Bundan əvvəl Brodski Kaxovka SES-də baş verən fövqəladə hadisədən sonra ölkəsinin Ukraynaya kömək edəcəyini bildirmişdi. O əlavə edib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun terror təşkilatı elan edilməsi ilə bağlı qanun layihəsini də müzakirə edib.
Bundan əvvəl Dünya Bankının (DB) Əməliyyatlar üzrə idarəedici direktoru Anna Bjerde bildirmişdi ki, DB Kaxovskaya SES bəndinin partlaması nəticəsində dəyən ziyanı qiymətləndirəcək. Həmçinin, ən böyük hidrogenerator Ukrhidroenergo şirkətinin baş direktoru İhor Syrota rəsmi olaraq Kaxovskaya SES-in bərpa oluna bilməyəcəyini açıqladı.
www.anews.az

İyunun 6-na keçən gecə Xerson vilayətində Novaya Kaxovka yaxınlığında Kaxovskaya su elektrik stansiyasının yuxarı hissəsi dağılıb. Onlarla yaşayış məntəqəsi, o cümlədən Xerson və Yeni Kaxovka su altında qalıb.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər