Rusiyanın itkilərinin sayı açıqlanıb

Son sutkada Ukrayna qüvvələri Rusiyanın 540 hərbçisini məhv edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahında bildirilib.
Məlumata görə, müharibə başlayandan bu günə kimi Rusiyanın ümumi itkilərinin sayı 254 920 nəfər olub.
Bildirilir ki, Rusiyaya məxsus 7 tank, 16 zirehli döyüş maşını, 29 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.
Rusiya ötən gün axşam saatlarında ballistik raketlərlə Ukrayna ərazisinə hücum edib. Bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak "X"də yazıb.
O bildirib ki, Lvov, Lutsk və Dnepr vilayətlərindəki yaşayış binaları, sənayə müəssisələri qanadlı və ballistik raketlərlə hücuma məruz qalıb.
Ukrayna Rusiya müharibəsi ötən ilin fevralın 24-dən Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayıb. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər