Ukraynanın gələn il üçün hərbi xərcləri açıqlanıb

2024-cü ildə Ukraynada hərbi xərclər 43 milyard dolları keçə bilər. Bu barədə Ukrayna parlamentinin büdcə komitəsinin sədri Roksolana Pidlasa "Rada” telekanalına deyib.
O bildirib ki, Kiyevə bütün digər dövlət xərclərini ödəmək üçün 42 milyard dollar lazımdır.
Onun sözlərinə görə, oktyabrın əvvəlində Rada bu ilin büdcəsində müdafiə xərclərini yenidən artırmağa hazırlaşır.
2022-ci ildə Rusiyanın hərbi xərcləri illik müqayisədə 9,2% artaraq 86,4 milyard ABŞ dollarına çatıb. Bu, Rusiya ümumi daxili məhsulunun (ÜDM) 4,1%-ni təşkil edib.
Ötən il Ukraynanın hərbi xərcləri isə bir il əvvələ görə 7,4 dəfə artaraq 44 milyard dollara çatıb.
Müharibə səbəbilə Ukrayna iqtisadiyyatına dəymiş zərərə görə Kiyevin hərbi xərcləri 2022-ci ildəki ÜDM-nin 34%-ni təşkil edib.
2022-ci ildə ABŞ Ukraynaya 19,2 milyard dollarlıq hərbi yardım edib. Ukraynaya yardım ABŞ-ın ümumi xərclərinin cəmi 2,3%-ni təşkil edib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər