• $
  • £

Azərbaycan Bolqarıstana qaz ixracını 3 dəfə artırıb

Azərbaycan Bolqarıstana qaz ixracını 3 dəfə artırıb
16.08.2023 19:01
2023-cü ilin yanvar-iyununda Azərbaycandan gömrükdə bəyan edilmiş qaz həcmlərinin ixracı 10 milyard 956 milyon 188,04 min kubmetr təşkil edib ki, bu da 2022-ci ilin ilk 6 ayı ilə müqayisədə 3,6% azdır.  Bu barədə Dövlət Gömrük Komitəsi məlumat verib.

Azərbaycandan bəyan edilmiş qazın ixracından daxilolmalar 8 milyard 29 milyon 188,03 min dollar (artım 7,9%) təşkil edib.

Hesabat dövründə qaz təchizatı Azərbaycanın ümumi ixracının 44,69%-ni (2022-ci ilin yanvar-iyun aylarında 40,26%) təşkil edib.

Komitənin məlumatına görə, 2023-cü ilin birinci yarısında bəyan edilmiş qaz ixracının ən böyük həcmi İtaliya (40,5%) və Türkiyənin (36,3%) payına düşüb.
 
İtaliyaya qaz ixracı bu ilin 6 ayında 4,4 milyard kubmetr, Bolqarıstana isə 4,5 milyard kubmetr təşkil edib ki, bu da 2022-ci ilin yanvar-iyunu ilə müqayisədə uyğun olaraq 2% az və 2,9 dəfə çoxdur. 
 
Türkiyəyə isə Azərbaycan yanvar-iyunda 3,9 milyard kubmetr qaz ixrac edib ki, bu da ötən ilin uyğun dövründən 7,1% azdır.  
 
N.Təbrizli


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol