Qazaxıstanda kömür mədəni yanır

Qazaxıstanın Karaqanda vilayətində "Kazaxtanskaya" kömür mədəni yanır.
Bu barədə Karaqanda Vilayət Administrasiyası məlumat yayıb.
Yanğın yerli vaxtla təxminən saat 10:05-də başlayıb, şaxtada işləyən konveyer yanıb.
Yanğın başlayan zaman ümumilikdə mədəndə 227 nəfər olub və hazırda onların xilas edilməsi üçün işlər görülür.
Son məlumata əsasən, 131 nəfər çıxarılıb, lakin hələ də 96 nəfər yerin altındadır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər