Azərbaycan Avropaya qaz ixracını 9% artırıb
2023-cü ilin birinci yarısında Azərbaycandan Avropaya qaz ixracı 8,9% artıb. Bu barədə İnterfaks agentliyi məlumat yayıb.
Hesabat dövründə Azərbaycandan Aİ ölkələrinə idxal olunan qazın dəyəri 3,512 milyard avro təşkil edir (illik 37,9% azalma).
2022-ci ildə Azərbaycan qaz ixracını 18%, yəni 22,3 milyard kubmetrədək artırıb, Avropaya tədarük 11,4 milyard kubmetr (+39%) təşkil edib.
2023-cü ildə Azərbaycandan 24,5 milyard kubmetr qaz ixracı planlaşdırılır ki, bunun da təxminən 12 milyard kubmetri Avropayadır.
Hazırda Avropada Azərbaycan qazının alıcıları İtaliya, Yunanıstan, Bolqarıstan və Rumıniyadır.
Gülnar

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox