Mahaçqalada partlayışı törədən şəxs saxlanılıb

Mahaçqalada yanacaqdoldurma məntəqəsində partayış törətməkdə şübəli bilinən Eldar Nəsrullayev saxlanılaraq Moskvaya aparılıb. Bu barədə Tacc agentliyi məlumat verib.
Onun yaxın zamanda həbs ediləcəyi gözlənilir.
Avqustun 14-də Mahaçqalada yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib. Hadisə nəticəsində 100-dən çox adam yaralanıb, 35 nəfər isə həyatını itirib.
Baş verən qəza ilə bağlı matəm günü elan olunub.
Hadisə nəticəsində 400-dən çox binanın zərər gördüyü bildirilir.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər