Malayziyada təyyarə qəzası nəticəsində 10 nəfər ölüb

Malayziyada yüngül mühərrikli özəl sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 10 nəfər ölüb.
Bu barədə "Malay Mail” qəzetinə istinadən xəbər verir.
Lanqkavi Beynəlxalq Hava Limanından havaya qalxan təyyarə Şah Alam şəhərində yaşayış massivində qəzaya uğrayıb. Polisin məlumatına görə, təyyarənin qəzaya uğradığı yerdə hadisə zamanı olan iki nəfər də daxil olmaqla, ümumilikdə 10 nəfər ölüb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər