• $
  • £

Azərbaycanda həyat və qeyri-həyat sığorta yığımları artıb

Azərbaycanda həyat və qeyri-həyat sığorta yığımları artıb
18.08.2023 18:06

2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 338 milyon 307 min manat, qeyri-həyat sığortası növlərinin hesabına isə 220 milyon 980 min manat sığorta haqqı toplanılıb.

Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə həyat sığortası üzrə yığımlar 35.9% və ya 89 milyon 292 min manat, qeyri-həyat sığortası üzrə yığımlar isə 16.5% və ya 31 milyon 285 min manat artıb.

Hesabat dövründə həyat sığorta növləri üzrə ödənişlərin məbləği 25.8% artaraq 166 milyon 259 min manat, qeyri-həyat sığorta növləri üzrə ödənişlərin həcmi isə 0.9% artaraq 55 milyon 66 min manata bərabər olub.

Beləliklə, cari ilin yanvar-iyul aylarında həyat sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqından 49.1 manat sığorta ödənişi edilib. Bu rəqəm 2022-ci ilin ilk 7 ayında 20.7 manata bərabər olub. Cari ilin yanvar-iyul aylarında qeyri-həyat sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 24.9 manat təşkil edib ki, bu göstərici ötən ilin müvafiq dövründə 28.8 manata bərabər idi.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol