• $
  • £

Nazirlik taksilərlə bağlı dəyişiklik barədə açıqlama yaydı

Nazirlik taksilərlə bağlı dəyişiklik barədə açıqlama yaydı
18.08.2023 20:05

Qanunvericiliyə olunan dəyişikliklər taksi xidməti sektorunda bir sıra yenilikləri nəzərdə tutur.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumatda deyilir.

Son illər gündəlik leksikonda tez-tez rast gəlinən "taksi sifarişi operatoru” ifadəsi ilk dəfə hüquqi-normativ sənədlərdə əksini tapıb:
"Dəyişikliyə əsasən, taksi sifarişi operatoru fəaliyyəti göstərmək üçün 3000 manat dövlət rüsumu ödənilməlidir.

"Lisenziyalar və icazələr haqqında” qanuna edilən dəyişiklik sayəsində taksi xidməti sektorunda tətbiq olunan digər yeniliklər isə buraxılış vərəqəsi və icazə kartı ilə bağlıdır. Buraxılış vərəqəsi taksi fəaliyyəti göstərmək istəyən hüquqi şəxslərə və ya fərdi sahibkarlara təqdim olunan icazə növüdür. Buraxılış kartı isə taksi kimi istifadə olunan nəqliyyat vasitəsi üçün nəzərdə tutulub. "Dövlət rüsumu haqqında” Qanuna əsasən buraxılış vərəqəsi üçün dövlət rüsumu 125, buraxılış kartı üçün isə 25 manat müəyyən edilib”.

Vurğulanıb ki, taksi sifarişi operatoru fəaliyyəti göstərmək üçün icazə, buraxılış vərəqəsi və buraxılış kartı 7 il müddətinə verilir:
"Qanunvericiliyin tələbinə riayət olunmasını təmin etmək baxımından nəzarət tədbirlərinin olması mütləqdir. Məhz buna görə də İnzibati Xətalar Məcəlləsinə bir sıra dəyişikliklər edilib. Taksi xidməti sektorunda qanunvericiliyin tələbinin pozulması inzibati məsuliyyət yaradır ki, bunun üçün də cərimə sanksiyaları nəzərdə tutulub. Taksi sifarişi operatorları tərəfindən avtomobil nəqliyyatı haqqında qanunvericiliyin pozulmasına, yəni icazə olmadan taksi sifarişi operatoru kimi fəaliyyət göstərilməsinə görə vəzifəli şəxslər on min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə ediləcək.

Taksi sifarişi operatorları "Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, taksi sifarişi xidmətinin göstərilməsi zamanı istifadə olunan fərdi məlumatların informasiya sistemlərini dövlət qeydiyyatından keçirmədiyi və fərdi məlumatların mühafizəsi ilə bağlı tələblərə riayət etmədiyi halda cərimə olunacaq. Vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə edilir.

Taksi sifarişi operatorlarının informasiya sistemlərində olan sifarişləri, habelə sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatları AYNA İnformasiya Sisteminə real vaxt rejimində ötürülməsini təmin edən mexanizmin yaradılmamasına və ya həmin mexanizmin fəaliyyət göstərməməsinə görə vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə edilir. Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədləri və ya müvafiq xidmətlərdən istifadə olunmasına dair texniki məntəqə və ya tibb məntəqəsi ilə müqavilələri olmayan daşıyıcıya, habelə müvafiq buraxılış kartı və taksi minik avtomobillərinin sürücülərinin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədi olmayan sürücüyə taksi sifarişi xidmətinin göstərilməsinə görə vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir”.

Bir müddət əvvəl "Avtomobil nəqliyyatı haqqında”, "Yol hərəkəti haqqında”, "Lisenziyalar və icazələr haqqında” və "Dövlət rüsumu haqqında” Qanunlara, eləcə də İnzibati Xətalar və Vergi Məcəllələrinə dəyişiklik edilməsi ilə bağlı məsələ parlamentin müzakirəsinə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib. Bu gün isə dəyişikliklərlə bağlı Prezident İlham Əliyev Fərmanlar imzalayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya FHN təyyarəsi Lənkərana endi - Video
Cəmiyyət 23:56
Rusiya FHN təyyarəsi Lənkərana endi - Video
Sabah Lənkəranın bəzi kəndlərində işıq olmayacaq
Cəmiyyət 23:28
Sabah Lənkəranın bəzi kəndlərində işıq olmayacaq
Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib
Cəmiyyət 21:56
Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:58
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Cəmiyyət 19:55
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Cəmiyyət 19:48
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Leyla Əliyeva "Yaşıl enerji layihələri" sessiyasında çıxış edib
Cəmiyyət 19:34
Leyla Əliyeva "Yaşıl enerji layihələri" sessiyasında çıxış edib
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Cəmiyyət 18:26
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Cəmiyyət 17:23
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol