• $
  • £

Xaricə səfər edən vətəndaşların sığorta daxilolmaları 42% artıb

Xaricə səfər edən vətəndaşların sığorta daxilolmaları 42% artıb
19.08.2023 12:50
2023-cü ilin yanvar-iyul aylarında Azərbaycandan xaricə səfər edən vətəndaşların sığortası üzrə daxilolmalar 3 milyon 721.6 min manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankı (AMB) xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 42.5% və ya 1.1 milyon manat çoxdur. 2022-ci ilin müvafiq dövründə xaricə səfər edən vətəndaşların sığortası üzrə daxilolmalar 2 milyon 310.2 min manat təşkil edib.

Cari ilin yanvar-iyul aylarında xaricə səfər edən vətəndaşların sığorta ödənişləri 151.8 min manat təşkil edib ki, bu da 2022-ci ilin ilk 7 ayı ilə müqayisədə 32.8% və ya 74.2 min manat azdır.

Hesabat dövründə bu sığorta növü üzrə sığorta zərərliliyi 2.2 dəfə azalıb. Belə ki, sığorta şirkətləri bu ilin ilk 7 ayında toplanan hər 100 manat sığorta haqqının 4 manatını ödənişə yönəldibsə, 2022-ci ilin yanvar-iyul aylarında bu göstərici 8.7 manat təşkil edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol