Ukrayna Türkiyəni İsveçin NATO-ya üzvlüyünü dəstəkləməyə çağırıb

Prezident Volodimir Zelenski Ukraynanın İsveçin NATO-ya daxil olmasını dəstəklədiyini açıqlayıb, xüsusən də alyansın üzvü olan Türkiyə ilə danışıqlarda bu məsələni qaldırıb.
Bu barədə Ukrayna lideri İsveçin baş naziri Ulf Kristerssonla danışıqlardan sonra mətbuat konfransında deyib.
"Əminəm ki, dövlətlərimiz birlikdə Alyansda olacaq və təhlükəsizliyə, xüsusən də bu Baltik-Qara dəniz-Azov regionunda zəmanət verəcək”, - Zelenski əlavə edib.
O qeyd edib ki, Alyansdakı bütün tərəfdaşlarla danışıqlarda "biz İsveçin NATO-ya daxil olması üçün, o cümlədən Türkiyə ilə danışıqlarda daimi dəstəyə çağırırıq”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər