“Luna-25” ayın səthi ilə toqquşub – Roskosmos

Luna-25 avtomatik stansiyası, ilkin hesablamalara görə, ayın səthi ilə toqquşaraq fəaliyyətini dayandırıb.
TASS xəbər verir ki, bu barədə Roskosmos məlumat yayıb.
Avqustun 19-da enişdən əvvəl elliptik orbitin formalaşması üçün impuls verilib.
"Moskva vaxtı ilə təxminən 14:57-də (Bakı vaxtı ilə 15:57) "Luna-25” kosmik gəmisi ilə əlaqə kəsilib", - Roskosmosdan bildiriblər.
"Avqustun 19-u və 20-də aparatın axtarışı və onunla əlaqə yaratmaq tədbirləri nəticə verməyib. İlkin təhlilin nəticələrinə görə, impulsun faktiki parametrlərinin hesablanmış göstəricilərdən kənara çıxması səbəbindən "Luna-25” kosmik gəmisi dizayndan kənar orbitə keçib və kosmik gəmi Ayın səthi ilə toqquşma nəticəsində fəaliyyətini dayandırıb”, - məlumatda deyilir.
Roskosmos əlavə edib ki, kosmik gəminin itməsinin səbəblərinin araşdırılması məsələləri ilə xüsusi yaradılmış idarələrarası komissiya məşğul olacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər