Kanadada şiddətli meşə yanğınları davam edir

Kanadanın Britaniya Kolumbiyası əyalətində şiddətli meşə yanğınları davam edir.
Xarici KİV xəbər verir ki, Fövqəladə Hallar Naziri Bouin Maise Qərbi Kelouna şəhərində təxliyələrin başladığını bildirib.
"Vəziyyət son dərəcə dinamikdir və rəqəmlər daim dəyişir. Hazırda evakuasiya edilir, daha 36 min nəfər üçün təxliyə xəbərdarlığı edilib”, - nazir bildirib.
Kanadada dünən Britaniya Kolumbiyası əyalətində meşə yanğınlarının sürətlə yayılması səbəbindən fövqəladə vəziyyət elan edilib.
Yellounayf şəhərində əhalinin 95 faizi təxliyə edilib, qalanlarının isə ən qısa müddətdə şəhəri tərk etməsi tələb edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər