• $
  • £

Azərbaycanda bankların xarici öhdəlikləri 32% artıb

Azərbaycanda bankların xarici öhdəlikləri 32% artıb
21.08.2023 17:17
2023-cü il iyulun 31-ə  Azərbaycanda fəaliyyət göstərən bankların xarici öhdəlikləri 2 milyard 331,2 milyon manat təşkil edib ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 32,3% çoxdur. Bu barədə Aərbaycan Mərkzi Bankı (AMB) məlumat verib. 

Eyni zamanda, iyulda bankların xarici öhdəlikləri 9,3% və ya 238,6 milyon manat azalıb (iyun ayında: +14,7 milyon manat).

Mərkəzi Bankın məlumatına görə, iyulun sonuna Azərbaycan banklarının xalis xarici aktivləri 3 milyard 597,1 milyon manat təşkil edib ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 44% azdır.

Bununla yanaşı, iyulda Azərbaycan banklarının xalis xarici aktivləri 15,4% və ya 654,2 milyon manat (iyulda: - 1 milyard 193,9 milyon manat) azalıb.

2022-ci ildə bankların xarici öhdəlikləri 65,7%, xalis xarici aktivləri isə 10,7% artıb.

Azərbaycanda bankların xarici öhdəlikləri qeyri-rezidentlərdən cəlb edilmiş kreditlər, qeyri-rezidentlərdən cəlb edilmiş depozitlər, qeyri-rezidentlərin qarşısında yerləşdirilmiş qiymətli kağızlar hesabına formalaşır.

Azərbaycanda 2023-cü ilin iyul ayının sonunda 24 bankın fəaliyyət göstərmək üçün lisenziyası olub.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol