• $ 1.7
  • € 1.771
  • ₽ 1.9004
  • ₺ 0.0465
  • £ 2.1424

Rusiyanın "Luna-25" avtomatik stansiyasının qəzaya uğramasının səbəbi açıqlanıb

Rusiyanın
21.08.2023 20:34

Rusiyanın "Luna-25" avtomatik stansiyasının qəzaya uğramasının səbəbi açıqlanıb.

Bu barədə "Roskomos”-un baş direktoru Yuri Borisov "Rossiya-24" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, avtomatik stansiyanın qəzaya uğramasının səbəbi onun mühərrikinin lazım olandan daha uzun müddət işləməsi ilə bağlıdır.

"Luna-25" planetlərarası stansiyanın hərəkət sistemi orbitin korreksiyası zamanı nəzərdə tutulan 84 saniyə əvəzinə 127 saniyə işləyib. Bu, cihazın qəzaya uğramasının əsas səbəbi olub, - Roskosmos-un baş direktoru bildirib.

Avqustun 21-də Rusiyanın "Luna-25” avtomatik planetlərarası stansiyasının Ayın cənub qütbünə enməsi planlaşdırılsa da, bu, baş verməyib və avqustun 19-da "Roskosmos” "Luna-25”in göyərtəsində "nəzərdə tutulmamış vəziyyət”in ortaya çıxdığını açıqlayıb. Bildirilib ki, avqustun 19-da "Luna-25”in uçuş proqramına uyğun olaraq, saat 14:10-da (Bakı vaxtı ilə 15:10) stansiyanın enişdən qabaq orbitə keçirilməsi üçün impuls verilib. Əməliyyat zamanı avtomatik stansiyanın göyərtəsində nəzərdə tutulmamış vəziyyət yaranıb və bu, verilən parametrlərlə manevr etməyə imkan verməyib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Meksika ABŞ-nin tətbiq etdiyi tariflərə cavab verməyə hazırlaşır
Dünya 23:24
Meksika ABŞ-nin tətbiq etdiyi tariflərə cavab verməyə hazırlaşır
İranın müvəqqəti işlər vəkili Türkiyə XİN-ə çağırılıb
Dünya 22:38
İranın müvəqqəti işlər vəkili Türkiyə XİN-ə çağırılıb
Kanadanın Baş naziri ABŞ-la ticarət müharibəsinin başladığını elan edib
Dünya 21:38
Kanadanın Baş naziri ABŞ-la ticarət müharibəsinin başladığını elan edib
Gürcüstan parlamenti xarici agentlər haqqında qanun layihəsini təsdiqləyib
Dünya 20:51
Gürcüstan parlamenti xarici agentlər haqqında qanun layihəsini təsdiqləyib
ABŞ husiləri terror təşkilatı kimi tanıyıb
Dünya 20:25
ABŞ husiləri terror təşkilatı kimi tanıyıb
Bişkek hava limanı bomba təhlükəsi səbəbindən boşaldılır
Dünya 19:29
Bişkek hava limanı bomba təhlükəsi səbəbindən boşaldılır
Ermənistanda 20 milyon dollarlıq neft emalı zavodu tikilir
Dünya 17:31
Ermənistanda 20 milyon dollarlıq neft emalı zavodu tikilir
Putin İran və ABŞ arasında vasitəçi olacaq
Dünya 17:18
Putin İran və ABŞ arasında vasitəçi olacaq
İphone yeni emojilər alıb
Dünya 16:25
İphone yeni emojilər alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol