• $
  • £

“Luna-25”in düşdüyü yer və vaxt dəqiq müəyyən edilib

“Luna-25”in düşdüyü yer və vaxt dəqiq müəyyən edilib
21.08.2023 23:42

Rusiya Elmlər Akademiyasının Keldış adına Tətbiqi Riyaziyyat İnstitutu "Luna-25" avtomatik stansiyasının trayektoriyasını simulyasiya edərək onun Yerin təbii peykinin səthi ilə toqquşma vaxtını və yerini təyin edib.

Bu barədə İnstitutun Telegram kanalında məlumat verilib.

Bildirilib ki, kosmik cihaz avqustun 19-da Moskva vaxtı ilə saat 14:58-də Ayın cənub yarımkürəsindəki 42 kilometrlik Pontecoulant G kraterinə düşüb.

Bundan əvvəl "Roskosmos” bildirmişdi ki, "Luna-25” avtomatik stansiyası, ilkin hesablamalara görə, avqustun 19-da Ayın səthi ilə toqquşması nəticəsində fəaliyyətini dayandırıb. Bundan əvvəl qurğuya onun enişdən əvvəl elliptik orbitini yaratmaq üçün impuls verilib, lakin hərəkətverici sistem nəzərdə tutulduğundan daha uzun müddət işləyib. Şənbə günü Moskva vaxtı ilə saat 14:57-də kosmik gəmi ilə əlaqə kəsilib.

Avqustun 11-də Moskva vaxtı ilə saat 02:10-da "Luna-25" avtomatik stansiyası "Soyuz-2.1b" daşıyıcı raketi ilə Vostoçnı kosmodromundan buraxılıb. Avqustun 12 və 14-də kosmik gəminin trayektoriyası 2 dəfə korreksiya olunub. Çərşənbə günü, avqustun 16-da avtomatik stansiya Ayın orbitinə daxil olub. Aparatın enişi avqustun 21-nə planlaşdırılırdı.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
Dünya 11:01
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
SEPAH Hörmüzü bağladı
Dünya 23:19
SEPAH Hörmüzü bağladı
İranla müharibəyə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşib
Dünya 19:50
İranla müharibəyə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşib
İran ABŞ-dan yeni təkliflər aldığını açıqlayıb
Dünya 18:39
İran ABŞ-dan yeni təkliflər aldığını açıqlayıb
Инцидент с судном у берегов Омана
Dünya 18:30
Инцидент с судном у берегов Омана
Tramp İspaniya hökumətini tənqid edib
Dünya 17:55
Tramp İspaniya hökumətini tənqid edib
İran yenidən Hörmüz boğazını bağlayıb
Dünya 15:32
İran yenidən Hörmüz boğazını bağlayıb
Türkiyədə məktəbdə daha iki şagird ölüb
Dünya 15:25
Türkiyədə məktəbdə daha iki şagird ölüb
Hakan Fidan Lavrovla görüşüb
Dünya 14:25
Hakan Fidan Lavrovla görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol