Türkiyədə sərhədi pozan terrorçular saxlanılıb

Türkiyədə sərhədi pozan 12 nəfər terror təşkilatının üzvü saxlanılıb. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Bildirilir ki, Türkiyə ordusu Yunanıstan və Suriya sərhədini qanunsuz keçmək istəyən 12 nəfəri, o cümlədən 9 terrorçunu saxlayıb.
Saxlanılanlardan 7-nin PKK/KCK, 2-nin isə FETÖ terror təşkilatının üzvü olduğu müyyənləşib.
2016-cı il 15 iyulda Türkiyə Silahlı Qüvvələrinin tərkibinə sızan FETÖ terror təşkilatının üzvləri Ankara və İstanbulda dövlət çevrilişinə cəhd edib. 8 mindən çox hərbi qulluqçu, 35 təyyarə, 3 gəmi, 37 helikopter, 246 zirehli texnika, o cümlədən 74 tank və 4 minə yaxın silahdan istifadə edilərək çevriliş etmək istəyib.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər