• $
  • £

Azərbaycanın dövlət büdcəsinə vergi borcları artıb

Azərbaycanın dövlət büdcəsinə vergi borcları artıb
22.08.2023 15:02
30 iyun 2023-cü il tarixinə Azərbaycanın dövlət büdcəsinə vergi borcları 2 milyard 806,9 milyon manat həcmində qiymətləndirilir. Bu barədə Hesablama Palatasının hesabatların icrası üzrə icmalında bildirilir.

"Yanvar-iyunda Azərbaycanın dövlət büdcəsinə vergi borcları 404,2 milyon manat (16,8 faiz) artaraq 2 milyard 806,9 milyon manata çatıb", - hesabatda göstərilib. 

Palatadan verilən məlumata görə, vergi borclarının strukturunda 7,2%-i neft-qaz sektorunun, 92,8%-i isə qeyri-neft-qaz sektorunun payına düşüb. Bununla yanaşı, cari ilin yanvar-iyununda  neft-qaz sektorunda vergi ödəyicilərinin borcları 2,4 dəfə, qeyri-neft-qaz sektorunda 12,4 faiz artıb.

Qeyri-neft-qaz sektorunun strukturunda vergi borcları aşağıdakı kimi formalaşıb -  özəl sektor - 2 milyard 213,5 milyon manat, xarici şirkətlər - 165,4 milyon manat, dövlət şirkətləri - 176,8 milyon manat, birgə müəssisələr - 48,4 milyon manat manat, bələdiyyələr -  0,1 milyon manat. 

2022-ci ildə Azərbaycanın dövlət büdcəsinə vergi borcları 24,2% artıb.
 
Ötən ilin sonunda 92,5 min vergi ödəyicisinin vergi borcu olub.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol