Azərbaycan nefti 1 dollara yaxın ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,98 ABŞ dolları, yaxud 1,09 % azalaraq 88,68 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
www.anews.az
Dünən hərracların nəticələrinə görə, "Brent” markalı neftin oktyabr fyuçersləri 84,13 ABŞ dollarına satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
www.anews.az