• $
  • £

Unibank indiyədək 106 milyon manatdan çox ipoteka krediti verib

Unibank indiyədək 106 milyon manatdan çox ipoteka krediti verib
23.08.2023 11:52
Bu ilin birinci yarısında "Unibank”ın dövlət vəsaitli ipoteka krediti portfeli  65,7 milyon manat təşkil edib. Bu, ilin əvvəli ilə müqayisədə 5,8 milyon manat artım deməkdir. Ümumilikdə isə indiyədək 2000-dən çox müştəriyə dövlət vəsaiti hesabına 106,3 milyon manat məbləğində ipoteka krediti verilib.
 
Bu ilin ilk yarısında rəsmiləşdirilən ipoteka kreditlərinin sayı 100-ü keçib. Dövlət vəsaiti xətti ilə bir nəfərə verilən ipoteka kreditlərinin maksimal məbləği 150 min manat təşkil edib. Qeyd edək ki, Unibank 2006-cı ildən Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil bankları sırasındadır.

Hazırda "Unibank”ın aşağı faizli ipoteka krediti kampaniyası davam edir. Bankın adi ipoteka kreditləri üzrə endirimli, illik 7%-lik ipoteka krediti kampaniyası aylıq ödənişinin daha sərfəli olmasını və kredit ödənişi müddətində minlərlə manat vəsaitə qənaət etmək istəyənlər üçündür.

İpoteka kreditləri "Unibank”ın "Yasamal”, "Sumqayıt” və "Kəpəz” filiallarında rəsmiləşdirilir.
 
Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə hər kəsin xidmətindədir. "Unibank”ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan, səhər saat 09:00-dan axşam 18:00-dək fəaliyyət göstərir.  Bankın paytaxt və Abşeronda yerləşən bəzi filialar isə şənbə günləri də saat 10:00-dan 15:00-dək müştərilərə xidmət edir.
 
Unibank- Sənin Bankın!



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol