• $
  • £

ABB mobile ilə cəmi 19 AZN ödəməklə könüllü avtomobil sığortası!

ABB mobile ilə cəmi 19 AZN ödəməklə  könüllü avtomobil sığortası!
22.08.2023 18:10
ABB mobile tətbiqində istifadəçilər üçün daha bir yenilik təqdim olunub. Artıq «Avto+» və «Avto Extra» könüllü avtomobil sığortası məhsulları da tətbiqdə aktivdir. Könüllü avtomobil sığortası məhsullarını ABB mobile üzərindən indi sərfəli şərtlərlə, hər bir məhsul üzrə illik 19 AZN ödəməklə əldə etmək olar.

Siz öz avtomobilinizə dəymiş 5 000 AZN-dən yuxarı zərərə görə «Avto+» könüllü sığorta məhsulunu əldə etməklə əlavə 5 000 AZN-ə qədər sığorta ödənişi ala bilərsiniz.

İcbari sığorta ilə sizin digər sürücüyə vurduğunuz zərər maksimum 5 000 AZN-ə qədər qarşılandığı halda, siz həmçinin "Avto Extra” könüllü sığorta məhsulunu əldə etməklə 5 000 AZN-dən yuxarı olan zərər üçün əlavə 5 000 AZN-dək sığorta ödənişi almaq imkanı qazanırsınız.

Beləliklə, bu məhsullarla müştəri qəza nəticəsində həm başqasının avtomobilinə vurduğu, həm də öz avtomobilinə dəymiş zərərə görə sığorta ödənişinin məbləğini ABB-nin partnyoru olan «Atəşgah» Sığorta ilə 5 000 AZN-dən 10 000 AZN-ə qədər artırmış olur.  
  
ABB mobile tətbiqinin hər bir istifadəçisi tətbiqə daxil olmaqla bu imkandan çox asanlıqla faydalana bilər. Bu cür funksional həllərlə ABB mobile istifadəçilərin maliyyə xidmətləri ilə bağlı bütün ehtiyaclarını cəmi bir neçə toxunuşla və yüksək keyfiyyətlə təmin edən universal rəqəmsal platformaya çevrilir.

 ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/   rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol