Azərbaycana gələn turistlərin sayı artıb- RƏSMİ

2023-cü ilin yanvar-iyulunda Azərbaycana 183 ölkəsindən 1 milyon 143,6 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 37,4 % çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.
Bildirilib ki, gələnlərin 32,8 %-i Rusiya Federasiyası, 18,2 %-i Türkiyə, 7,4 %-i İran, 4,9 %-i Hindistan, 4,7 %-i Gürcüstan, 3,9 %-i Səudiyyə Ərəbistanı, 2,4 %-i Qazaxıstan, 2,3 %-i Pakistan, 2,1 %-i Birləşmiş Ərəb Əmirlikləri, 1,8 %-i Özbəkistan, hər birindən 1,5 % olmaqla İsrail və Ukrayna, 1,4 %-i Belarus, 1,3 %-i Küveyt, hər birindən 1,2 % olmaqla Böyük Britaniya və Türkmənistan, 11,4 %-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 70,5 %-ni kişilər, 29,5 %-ni qadınlar təşkil edib.
Ötən ilin 7 ayı ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,7 dəfə artaraq 477,1 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 36,5 % artaraq 57,2 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 8,6 % azalaraq 185,4 min nəfər olub.
Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,1 %-i hava, 27,6 %-i dəmir yolu və avtomobil, 1,3 %-i isə dəniz nəqliyyatından istifadə edib.
Yaxın 3 ildə yerli turistlərin illik sayının 6 milyona çatdırılması nəzərdə tutulub, bunu Dövlət Turizm Agentliyin sədri Fuad Nağıyev Bakı Ekspo Mərkəzində keçirilən 19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinin ("AITF 2023") açılış mərasimində söyləyib.
O bildirib ki, Azərbaycana gələn turistlərin sayı 2026-cı ilə qədər illik sayını 4 milyona çatdırmağı planlayır.
O bildirib ki, Azərbaycana gələn turistlərin sayı 2026-cı ilə qədər illik sayını 4 milyona çatdırmağı planlayır.
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2022-ci ildə Azərbaycana dünyanın 178 ölkəsindən 1602,3 min və ya əvvəlki illə müqayisədə 2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Aytac Zeynalova
www.anews.az